XİN: “Mina təhlükəsinə son qoymaq üçün beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var” – FOTO

By guncelxeber.com Apr 12, 2024

“Ermənistanın Azərbaycana qarşı törətdiyi mina təhlükəsinə son qoymaq üçün təcili tədbirlər görülməsinə və beynəlxalq tərəfdaşların dəstəyinə ehtiyac var”.

guncelxeber.com  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsindəki paylaşımında deyilir.

“Daha iki mülki şəxs Ermənistanın yerləşdirdiyi minanın qurbanı olub. 2020-ci ildə müharibə bitdikdən sonra qurbanların sayı 352 nəfərə çatıb”, – paylaşımda qeyd edilib.

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir