İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov əməliyyata alınıb.
“Report” xəbər verir ki, X.Teymurov Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstə yaxınlarının verdiyi məlumata görə, ona sol baldırın aşağı üçdəbir hissəsinin amputasiyası diaqnozu qoyulub və əməliyyata götürülüb.
Qeyd edək ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Mirfəttah Bağır oğlu Bağırov və 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıb.
Xatırladaq ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru bildirib ki, işğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti də ağırdır.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
19:09
“İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan Mirfəttah Bağır oğlu Bağırovun vəziyyəti ağırdır”.
“Report” xəbər verir ki, bu barədə Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov bildirib.
“Xəstə daxil olarkən diaqnozu sol pəncənin, sol baldırın aşağı üçdə biri də daxil olmaqla, pəncəsinin travmatik amputasiyası, sol baldırın arxa sahəsinin genişsahəli qəlpə yaralanması, travmatik şok ağır dərəcəli diaqnozu ilə daxil olub. Bununla yanaşı, o, şəkərli diabet xəstəsidir”, – V.Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda lazımi tibbi müdaxilələr icra olunur və cərrahi əməliyyat planlaşdırılır.
18:16
Bu gün mina partlayışı nəticəsində xəsarət alan Mirfəttah Bağırov Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
APA-nın xəbərinə görə, digər xəsarət alan Xəqani Teymurov isə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Xatırladaq ki, bu gün Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib ki, 1965-ci il təvəllüdlü Mirfəttah Bağır oğlu Bağırov və 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.
Hər iki şəxs ayağından xəsarət alıblar.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
15:14
İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində mina hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.
Məlumata görə, 2024-cü il 12 aprel tarixində 1965-ci il təvəllüdlü Mirfəttah Bağır oğlu Bağırov və 1973-cü il təvəllüdlü Xəqani Allahverdi oğlu Teymurov keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüblər. Hər iki şəxs ayağından xəsarət alıb.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
“DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır”, – deyə məlumatda vurğulanıb.
guncelxeber.com