Gürcüstanda müsəlmanların sərbəst ibadətinə maneçilik törədilib, əraziyə polis qüvvələri cəlb edilib

By guncelxeber.com Apr 5, 2024

Gürcüstanın cənubunda, Samsxe-Cavaxeti bölgəsində yerləşən Adigen munisipalitetində yerli müsəlman əhalinin ibadətinə maneçilik yaradılması gərginliyə səbəb olub.

Bu barədə məlumatı Gürcüstan parlamentinin deputatı Tariyel Nakaidze ictimailəşdirib.

O qeyd edib ki, aqressiv pravoslav din xadimləri Adigendə yaşayan yerli müsəlman Merab Mikeladzenin evində cümə namazını pozmağa çalışıblar.

“Bu, birinci belə hal deyil, keçmişdə də pravoslav keşişləri ibadət edənləri təhqir ediblər”, – deyə Gürcüstan parlamentinin deputatı vurğulayıb.

Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hələlik hadisənin digər təfərrüatı məlum deyil.

Mənbə: Tabula.ge

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir