Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) Ereğli Bələdiyyə Məclis üzvü namizədi Hüseyn Çakır vəzifə seçki məntəqəsində olarkən infarkt keçirərək dünyasını dəyişib.
Bu gün keçirilən yerli seçkidə o, Ereğli Turqut Rəis Orta Məktəbində məntəqə müdiri işləyib.
Çakır infarkt keçirərək yerə yıxılıb. Ətrafdakıların köməyi ilə xəstəxanaya aparılan CHP üzvü həkimlərin bütün cəhdlərinə baxmayaraq orada həyatını itirib.
Mənbə: Yenişafak
guncelxeber.com