Altı yaşlı oğlunu görmək adıyla götürüb və bir daha geri qaytarmayan ata ilə bağlı axtarış tədbirləri aparılır.
guncelxeber.com xəbərverir ki, bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in Mətbuat Xidmətindən bildirib ki, vətəndaşın və müvafiq dövlət orqanın müraciəti əsasında məhkəmə qararının icra etməkdən boyun qaçıraraq azyaşlı övladını ananın himayəsinə verməkdən boyun qaçıran B.Əsgərov barəsində axtarış elan olunub. Hazırda polis əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.
Xatırladaq ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində dörd aydır axtarışda olan Bəhruz Cabbarov və altı yaşlı oğlu Vəliyəddin Cabbarov canlı efirə qoşulublar. B.Cabbarov efirdə oğlunu oğurladığını etiraf edib.
Həmin görüntüləri təqdim edirik: