Rusiyanın Samara vilayətində terror aktının qarşısı alınıb.
guncelxeber.com xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti xəbər yayıb.
Məlumata görə, 1994-cü il təvəllüdlü şəxs humanitar yardımların qəbulu mərkəzinin binasında bomba partlatmağı planlaşdırıb. Onun saxlanılması zamanı partlayıcı qurğu işə düşüb, nəticədə terrorçu ölüb.
Nazirlik bildirib ki, təhlükəsizlik orqanının əməkdaşları və mülki şəxslər xəsarət almayıblar.
O da vurğulanır ki, terror aktı Rusiya Könüllülər Korpusu (ölkədə terrorçu qrup kimi təsbit edilir – red.) tərəfindən planlaşdırılıb.
guncelxeber.com