Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gecə Moskva vilayətindəki “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı Rusiya hökumətinə və xalqına başsağlığı verib.
Bu barədə o, Ankarada keçirilən böyük mitinqdə xalqa müraciətində bəyan edib.
Prezident Moskvada konsert salonunda törədilən terror hücumunu şiddətlə qınadıqlarını vurğulayıb.
“Terror kimdən gəlirsə-gəlsin, törədən kim olursa-olsun, qəbuledilməzdir. Terrorun qanlı, xain üzünü çox yaxşı bilən bir ölkə olaraq, Rusiya xalqının ağrısını paylaşırıq”, – deyə dövlət başçısı vurğulayıb.
Mənbə: “Anadolu” Agentliyi
guncelxeber.com