“Crocus City Hall”a terror hücumunda şübhəlinin dindirilmə anı: “500 min rubla görə öldürdüm” – VİDEO

By guncelxeber.com Mar 23, 2024

Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda şübhəli bilinənlərdən birinin dindirilməsinin görüntüləri yayılıb.

Məlumata görə, o, meşədə, ağacda gizlənibmiş.

Tacikistan vətəndaşı olan şübhəli sifarişçilərin onunla “Telegram” vasitəsilə əlaqə saxladığını bildirib.

“Pula görə öldürdüm. Təxminən 500 min rubla (təxminən 9200 manat). Hələ pulun yarısını almışdım”, – deyə o qeyd edib.

Şübhəli vəsaitin karta köçürüldüyünü vurğulayıb. O, həmçinin, silahla sifarişçilər tərəfindən təmin olunduğunu qeyd edib.

Bundan əvvəl Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının “Crocus City Hall” konsert kompleksində terror aktının törədilməsində şübhəli bilinən dörd nəfəri Bryansk vilayətində saxladıqları barədə xəbər vermişdik.

Mənbə: Lenta.ru

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir