“Coinbase” birjasında ticarət zamanı “Bitcoin”in məzənnəsi 63 min ABŞ dollarından aşağı düşüb.
Dünyanın ən məşhur kriptovalyutası demək olar ki, beş faiz ucuzlaşıb. Hazırda bir sikkənin dəyəri 63,3 min dollar təşkil edir (ticarətin başlanğıcından bəri – 4,48 faiz).
Minimum halda “Bitcoin”in dəyəri 62,7 min dollara düşüb. Bu göstəricilər martın əvvəlində qeyd olunub.
Xatırladaq ki, “Bitcoin”in bahalaşması 2023-cü ilin avqust ayından etibarən davam edir, o vaxtdan bəri kriptovalyutanın qiyməti üç dəfə artıb. 2024-cü ilin əvvəlindən kriptovalyuta 70 faiz bahalaşıb.
Mənbə: lenta.ru
guncelxeber.com