Azərbaycanlı hücumçu Musa Qurbanlı İsveç çempionatının ən bahalı futbolçuları sırasındadır.
Bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinə (CİES) məlumat yayıb.
Bildirilib ki, “Yurqorden” klubunun oyunçusu İsveç Allsvenskanında çıxış edən ən bahalı 9-cu futbolçudur.
21 yaşlı forvardın transfer qiyməti 3,4 milyon avroya bərabərdir. İsveç çempionatının ən dəyərlisi isə 7,9 milyon avro ilə “Malmö”nün yarımmüdafiəçisi Sebastian Nanasidir.
guncelxeber.com