Vyetnam prezidenti istefa verib

By guncelxeber.com Mar 20, 2024

Vyetnam Prezidenti Vo Van Txıonq istefa verib.

Onun istefa səbəbi Vyetnam Kommunist Partiyasının nizamnaməsini dəfələrlə pozması və bunun da ictimaiyyət tərəfindən mənfi reaksiya doğurması ilə əlaqələndirilir.

Bildirilib ki, Vo Van Txıonqun istefa ərizəsini Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi qəbul edib. O, partiyanın siyasi bürosu və Mərkəzi Komitənin daimi üzvlüyündən də azad edilib.

Partiyanın qərarını Vyetnamın birmandatlı parlamenti də təsdiqləməlidir.

Qeyd edək ki, Vyetnam parlamenti ötən il martın 2-də Vo Van Txıonqu dövlət başçısı təyin etmişdi.

Mənbə: interfax

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir