İraqın Dohuk şəhərində güclü daşqınlar baş verib.
Məlumata görə, təbii fəlakət zamanı iki mülki vətəndaş ölüb, sel suları Dohukun mərkəzində Hişkaro çayının sahillərində çoxlu yaşayış binasını dağıdıb, o cümlədən, 30-dan çox evə müxtəlif dərəcəli ziyan dəyib.
Bu barədə xəbəri Dohuka şəhərinin Mülki Müdafiə İdarəsi yayıb.
Qeyd edək ki, aramsız yağan yağışlar Ərbil də daxil olmaqla qonşu əyalətlərə də təsir edib. Sel suları bölgədəki küçələri basıb, hərəkəti iflic edib.
guncelxeber.com