Naxçıvan MR-in keçmiş vəzifəli şəxslərinin işi məhkəmə icraatındadır

By guncelxeber.com Mar 18, 2024

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Rza oğlu Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Turan oğlu Əsgərovun barəsində ibtidai araşdırması yekunlaşmış cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində icraatdadır.

APA xəbər verir ki, qeyd olunan şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi) maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilirlər.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir