Azərbaycan millisinin məşqçisi: “Məqsədimiz hər iki oyunda qələbə qazanmaqdır”

By guncelxeber.com Mar 16, 2024

“Məqsədimiz qarşıdakı hər iki oyununda qələbə qazanmaqdır”.

“Report” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan və Bolqarıstanla Bakıda keçiriləcək oyunlar barədə AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Yığmada müvəqqəti baş məşqçi vəzifəsini icra edən mütəxəssis uğurlu nəticə qazanaraq, komandada əhvali-ruhiyyəni yüksəltmək istədiklərini söyləyib. O, heyətə dəvət edilən debütantlar barədə də fikir bildirib: “Ukraynada çıxış edən Emil Mustafayev, Türkiyədə oynayan, çoxdandır milliyə çağırılmayan Vüsal İsgəndərli və “Neftçi”nin qapıçısı Rza Cəfərovu dəvət etdik. Yoldaşlıq oyunları olduğu üçün onları cəlb etdik ki, baxaq. Adətən, bu cür yoldaşlıq oyunlarında yeni futbolçular yoxlanılır”.

Arif Əsədov 3 futbolçunun isə U-21 yığmasında iştirakı barədə qərar qəbul etdiklərini sözlərinə əlavə edib: “U-21-i qarşıda rəsmi oyunlar gözləyir. Ona görə də komandanın baş məşqçisi Samir Əliyevlə danışdıq ki, Emil Səfərov, Nəriman Axundzadə və Cəlal Hüseynov İngiltərə və Ukrayna ilə görüşlərdə gənclər yığmasına kömək etsinlər”.

Qeyd edək ki, Azərbaycan millisi martın 22-də Monqolustanı, 25-də isə Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir