Çexiyanın keçmiş prezidentinin vəziyyəti ağırdır

By guncelxeber.com Mar 16, 2024
Czech President Milos Zeman looks on during a jpoint press briefing with his Hungarian counterpart Ader following their talks in the presidential Alexander Palace in Budapest, Hungary, 15 May 2019. Zeman is on an official visit to the Hungarian capital. EPA-EFE/ HUNGARY OUT, Image: 433391686, License: Rights-managed, Restrictions: HUNGARY OUT, Model Release: no, Credit line: Profimedia, TEMP EPA

İki gün əvvəl ayağından əməliyyat olunan Çexiyanın keçmiş prezidenti Miloş Zemanın vəziyyəti ağır olaraq qalır.

guncelxeber.com xəbər verir ki, bu barədə jurnalistlərə onun reanimasiya şöbəsində olduğu Praqa Motol xəstəxanasının mətbuat katibi Pavlina Dankova məlumat verib.

“Çexiyanın keçmiş prezidenti Miloş Zemanın vəziyyəti ağır, lakin stabil olaraq qalır. Onun vəziyyəti pisləşməyib”, – Dankova deyib.

O qeyd edib ki, bazar ertəsi tibbi şura siyasətçinin sonrakı müalicəsi planlarını müzakirə edəcək.

Xatırladaq ki, sentyabrın 28-də 80 yaşı tamam olan Zeman şəkərli diabetdən əziyyət çəkir və əlil arabasından istifadə edir.

Mənbə: TASS

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir