“FIFA series-Edition 2024” layihəsində mübarizə aparacaq Azərbaycan milli komandası martın 18-dən 25-dək təlim-məşq toplanışı keçirəcək.
AFFA-dan verilən məlumata görə, toplanışa dəvət üçün 28 futbolçuya dəvət göndərilib.
Onlardan 24-ü əsas, 4-ü isə ehtiyat oyunçular siyahısında yer alıblar.
Qeyd edək ki, millimiz “FIFA series-Edition 2024” layihəsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda martın 22-də, saat 20:00-da Monqolustan, martın 25-də, saat 20:00-da isə Bolqarıstan yığması ilə qarşılaşacaq.
guncelxeber.com