Bakı-Qazax yolunda hərəkət nisbətən məhdudlaşdırılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qulabənd kəndindən keçən hissəsində məişət əşyaları daşıyan yük maşını TIR-la toqquşub.
Nəticə avtomobildə olan yük yola dağılıb. Hadisə nəticəsində nəqliyyatın hərəkətində çətinlik yaranıb.
Aidiyyəti qurumların müdaxiləsi nəticəsində yolda hərəkət bərpa edilib.
guncelxeber.com