Bakıda 26 yaşlı gənci qətlə yetirən şəxs tutulub.
guncelxeber.com xəbər verir ki, Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, martın 9-da saat 21:30-da Sabunçu rayonu Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Səbuhi Arif oğlu Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Əli Həmid oğlu Heybətov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
guncelxeber.com