Guncelxeber.com xəbər verir ki, rayonun Qaradağ kənd sakinləri, bir ailənin üzvləri – 2018-ci il təvəllüdlü E.Məmmədli, 2016-cı il təvəllüdlü S.Məmmədli, 1995-ci il təvəllüdlü S.Məmmədli və 1994-cü il təvəllüdlü Z.Qasımlı dəm qazından zəhərləniblər.
Digər zəhərlənmə faktı Gədəbəy şəhərinin Səməd Vurğun küçəsində qeydə alınıb. Həmin hadisə zamanı 1955-ci il təvəllüdlü M.Hüseynov zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Rayonun Gərgər kəndində qeydə alınan daha iki faktda isə 2010-cu il təvəllüdlü S.Tağıyev və G.Şəmiyeva dəm qazından zəhərləniblər.
Zəhərlənən şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir.
Faktlarla bağlı araşdırma aparılır.