İsrail hərbi kabinetində İranın hücumuna cavab və onun vaxtı ilə bağlı qızğın müzakirələr gedir.
Məlumata görə, həm silahlı cavab variantları, həm də İranı dünya miqyasında daha da təcrid etmək üçün diplomatik yollar nəzərdən keçirilir.
Hərbi variantlar arasında elə İran obyektinə hücum nəzərdə tutulur ki, bu itkilərə səbəb olmayacaq, əksinə müəyyən mesaj verəcək. Belə ki, İsrail müttəfiqlərini qəzəbləndirmək və Tehrana qarşı ittifaq qurmaq imkanını itirmək istəmir.
Qeyd olunur ki, İsrailin hərbi kabinetinin naziri Benni Qantz daha sürətli cavab verməkdə israrlıdır, lakin baş nazir Benyamin Netanyahu hələ də qərarı ləngidir.
Mənbə: CNN
guncelxeber.com