TƏBİB Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb – YENİLƏNİB

By guncelxeber.com Apr 4, 2024

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib.

Hazırda Naibə Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə qəbul olunub, ona zəruri həkim baxışı və müayinələr təyin olunub.

Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.

18:00

“Xəstəxanada deyiləm. Təcili yardım çağırmışam, deyirlər ki, xəstəxanada yer yoxdur”.

Bunu Oxu.Az-a halının pisləşdiyi və xəstəxanaya yerləşdirildiyi ilə bağlı məlumat yayılan Xalq artisti Naibə Allahverdiyeva deyib.

O qeyd edib ki, həm qızdırması, həm də təzyiqi var.

“Qızdırmam tez-tez qalxıb-düşür. 38-39 dərəcəyə qalxır. Təzyiqim də eyni qaydada, qalxıb-düşür. 5 saylı Kliniki Xəstəxanaya getmişəm, amma yatmamışam. Hazırda xəstəxana axtarışındayam. Özümü çox pis hiss edirəm”.

Əzizə İsmayılova

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir