Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalının divarları yaxınlığında toplaşan yüzlərlə insan baş verən terror aktı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Bir gün əvvəl yanğın nəticəsində dağılmış binanın qarşısında abidə yaradılıb. İki gün ərzində konsert zalının divarlarına minlərlə gül və yumşaq oyuncaqlar düzülüb, şamlar və çıraqlar yandırılıb. Könüllülər gələnlərə çay, su və şirniyyat paylayıblar.
“Durnalar” (Juravli) anım kampaniyası çərçivəsində şamlarla abidənin önünə üç durnanın siluetləri qoyulub, “Biz yas tuturuq” sözü və faciənin tarixi – “22.03.2024” yazılıb. Metronom sədaları altında bir dəqiqəlik sükutla SSRİ xalq artisti Müslüm Maqomayevin ifasında “Durnalar” mahnısının səsləndirilməsi ilə əvəz olunub.
Qeyd edək ki, konsert zalı Müslüm Maqomayevin adını daşıyır. Maqomayev Rəsul Həmzətovun şeirləri əsasında insanların ölümdən sonra qazandığı ölümsüzlük ümidindən bəhs edən bu mahnını ifa etməsi ilə tanınıb.