“Crocus City Hall”da terror aktını törədən şəxslər hadisədən dərhal sonra oradan uzaqlaşarkən daha bir vəhşilik törədərək , idarə etdiyi avtomobillə uşaq vurublar.
guncelxeber.com xəbər verir ki, bu barədə hazırda reanimasiyada olan uşağın anası məlumat verib.
Qadın bildirib ki, terrorçular ağ rəngli “Renault” markalı avtomobildə olublar.
“Övladımızın vəziyyəti stabildir, hazırda reanimasiyada müalicə olunur. Uşaq kəllə-beyin travması alıb, körpücük sümüyü və bud sümüyü sınıb”, – qadın bildirib.
Mənbə: İzvestiya
guncelxeber.com