44 günlük fasilədən sonra Ukraynanın paytaxtı Kiyev yenidən raket hücumuna məruz qalıb- FOTOLAR

By guncelxeber.com Mar 21, 2024

44 günlük fasilədən sonra Ukraynanın paytaxtı Kiyev yenidən raket hücumuna məruz qalıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu ilin yanvarından ara verən fasilənin ardınca paytaxta Rusiya ordusu tərəfindən yenidən zərbələr endirilib.

Kiyev vilayətinin rayonları ilə yanaşı, paytaxtın mərkəzi Şevçenko rayonu da hava zərbələrinə məruz qalıb. Bu, son günlər Ukrayna ordusu tərəfindən Rusiya ərazisinə edilən hava hücumlarından sonra baş verib.

Kiyev hərbi administrasiyasının rəsmisi Mixail Şamanov bildirib ki, Hərbi Hava Qüvvələrinin məlumatına görə, düşmən 11 “Tu-95MS” strateji bombardmançı təyyarəsindən iki ballistik raket və 29 qanadlı raketlə hücuma keçib.

“Uğurlu əməliyyat nəticəsində düşmənin bütün raketləri Kiyev vilayəti və paytaxt üzərində vuruldu, lakin xəsarət alanlar və dağıntılar oldu. İlkin məlumatlara görə, raket hücumu nəticəsində 13 nəfər xəsarət alıb. Paytaxtın üç rayonunda – Podolski, Svyatoşinski və Şevçenkoda dağıntılar var”, – deyə o əlavə edib.

guncelxeber.com

Related Post

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir