Portuqaliyanın Sosial Demokrat Partiyasının lideri Luiş Monteneqro koalisiyasının bu ayın əvvəlində keçirilən seçkidə az fərqlə qələbə qazanmasından sonra baş nazir təyin edilib.
Yeni hökumət başçısı azlıq administrasiyası ilə işləməli olacaq.
Məlumata görə, prezident Marselo Rebelo de Souza 51 yaşlı Monteneqronu bütün siyasi partiyalarla görüşdükdən sonra baş nazir təyin edib. Portuqaliyada azlıqların hökumətləri adətən qısaömürlü olur – 50 illik demokratiyada yalnız ikisi tam dördillik müddəti sona çatdıra bilib.
Mənbə: iz.ru
guncelxeber.com