Rusiya Almaniyadan Leninqradın blokadasını və Üçüncü Reyxin digər cinayətlərini SSRİ xalqlarının soyqırımı aktları kimi rəsmən tanımasını tələb edib.
Müvafiq bəyanat rəsmi sənəddə qeyd olunub.
Rəsmi məlumatlara görə, blokada zamanı 650 mindən çox insan həlak olub (digər məlumata görə, azı bir milyon).
“Müstəmləkəçilik dövründə törətdiyi cinayətləri soyqırım aktı kimi tanıyan Almaniya tərəfi Leninqradın blokadası və İkinci Dünya Müharibəsi zamanı SSRİ xalqlarına qarşı törədilmiş digər cinayətlərlə bağlı hələ də bunu etməyib”, – deyə sənəddə bildirilib.
Qeyd olunub ki, Rusiya tərəfi Almaniyanın nasistlərin bütün vəhşiliklərinin rəsmən soyqırımı kimi tanınmasında israrlıdır.
Xatırladaq ki, Leninqradın blokadası 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək davam edib. Şəhərlə əlaqə quran yeganə yol Ladoqa gölündən keçən marşrut olub, lakin onun tutumu şəhərin ehtiyaclarını ödəmirdi. Nəticədə, istilik və nəqliyyat problemləri ilə vəziyyəti ağırlaşan Leninqradda kütləvi aclıq başlayıb.
Mənbə: TASS
guncelxeber.com