Marşal adaları bayrağı altında Qırmızı dənizdən keçən və mayeləşdirilmiş neft qazları daşıyan tanker hücuma məruz qalıb.
Bu barədə Britaniyanın dəniz təhlükəsizliyi şirkəti “Ambrey” xəbər verib.
Bildirilir ki, əvvəllər ABŞ-yə məxsus olan tanker Yəmənin Hudeyda şəhərindən 80 mil şimal-qərbdə atəşə tutulub. Gəminin yaxınlığında 40 dəqiqə intervalla iki partlayış olub.
Ekipajın təhlükəsizlikdə olduğu qeyd edilir.
Bu, son 48 saat ərzində ticarət gəmilərinə üçüncü hücumdur.
Mənbə: İz.ru
guncelxeber.com