“Rusiya ağır buzqıran gəmilərin sayına görə ABŞ-ni kritik dərəcədə üstələyir”.
Bunu ABŞ Senatında keçirilən dinləmələrdə Pentaqonun Şimal Komandanlığının (NORTHCOM) rəhbəri Qreqori Giyo deyib.
Men ştatından olan senator Anqus Kinq generaldan Rusiyaya 40 ağır buzqıran gəmisinə qarşı ABŞ-nin yalnız bir istismara yararlı buzqıran gəmiyə malik olduğu məlumatları təsdiq etməyi istəyib.
“Doğrudur, senator… Bizi kritik dərəcədə üstələyirlər”, – deyə general etiraf edib.
Giyo qeyd edib ki, hətta sifariş edilmiş gəmilər nəzərə alınarsa, ABŞ-nin buzqıran donanması yenə də Rusiyadan ciddi şəkildə geri qalacaq.
“Bu, bizim regionda manevr azadlığımızı məhdudlaşdırır”, – deyə o əlavə edib.
Mənbə: kp.ru
guncelxeber.com